Elton Məmmədov "Şöhrət" ordeni aldı
18 Dekabr 2014 19:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.A. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elton Arzuman oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin".
Milli.Az