Bakıdakı seksual manyakın rəsmi arvadı danışdı - VİDEO
18 Dekabr 2014 18:37
Seksual manyakın birinci və rəsmi, hələ də boşanmadığı həyat yoldaşı "Öz aramızda"ya gəlib.
Milli.Az atvxəbər.az-a istinadən məlumat verir ki, həyat yoldaşı həmin manyakdan artıq 3 ildir ki, ayrıldığını etiraf edib:
"Yalan üstə ayrıldıq. Qızımız var. Döyməyib, söyməyib. Amma işləmirdi, evə pul gətirmirdi. Gəldi-getdi, amma bağışlamırdım. Rəsmən evləndik, rəsmən də hələ ayrılmamışıq. Qızımız yaş yarımdır. İki il ara-sıra bir yerdə olduq. Məndən ayrılandan 4 ay sonra qız qaçırtdı. Toy günü zəng elədi ki, qayıt mənə... Mən də dedim ki, bizdə alınmayacaq, xoşbəxt ol. Axırıncı dəfə ayrılanda ona dedim ki, mən səndən ayrılsam, bir də barışmayacağam. 3 ildir ayrıyıq və onunla əlaqəm yoxdur".
Xatırladaq ki, həmin manyak 13-15 yaşlı qızları oğurlayıb, aparır və onlara təcavüz edir.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
