Avtobus sürücüləri məmurları belə aldadırlar - FOTO
18 Dekabr 2014 18:42
Bir çox bakılı avtobus sürücüləri qayda pozuntularına görə cəzalardan yayınmaq üçün bicliyə əl atırlar. Yerüstü nəqliyyat vasitələrindən istfadə edənlər bilirlər ki, avtobusların içində qayda pozuntuları barədə məlumat verən texniki qurğular var. Bu qurğular sükan arxasında telefonla danışmaq, siqaret çəkmək kimi qayda pozuntularını qeydə alır. Bütün bu pozuntular barədə məlumatlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) ötürülür.
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, sürücülər həmin kameraların üstünü örtürlər. Sürücülərin bu davranışları isə cəzasız qalır.
NİİM-in mətbuat katibi Şəfa Mehmanqızının sözlərinə görə, vətəndaşlar belə qayda pozuntularını gördükdə NİİM-in qaynar xəttinə - 141 xidmətinə məlumat verə bilərlər.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.