Xumar Qədimova: "Qoy bu sirr qalsın..."
18 Dekabr 2014 18:00
"Bir çox mahnılar var ki, yeni ildə onlara klip çəkdirməyi planlaşdırıram".
Milli.Az xəbər verir ki, bu sözləri aznews.az-a müğənni Xumar Qədimova 2015-ci ilin yaradıcılıq planlarından danışarkən deyib.
Onun sözlərinə görə, 2014-cü il yaradıcılığını "Rəssam sevgilisi" ilə başa vurub: "Bu layihəm uğurlu alındı. Layihədə "Mən özüm çəkim" adlı mahnı yaradıcılığımda tam fərqli idi. Türk musiqisi ilə Mikayıl Müşviqin şeirini birləşdirib mahnı ərsəyə gətirdim. Bir çox mahnılar var ki, yeni ildə onlara klip çəkdirməyi planlaşdırıram. Amma qoy bu tamaşaçılarıma sirr olaraq qalsın".
Yaradıcılığından söz açan X.Qədimova 2015-ci ildə heyranlarını konsert layihəsi ilə sevindirməyəcəyini deyib: "Konsert haqqında düşünmürəm".
Milli.Az