Qadın soyunub yol polisinə etiraz etdi - FOTO
18 Dekabr 2014 17:55
Trabzonda polis şübhələndiyi səbəbindən Değirmendere səmtində bir avtomobili saxladıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis avtomobildə axtarış aparmaq istəyəndə maşında olan qadınlardan biri soyunaraq polislərə etiraz edib.
Məlumatda qeyd edilir ki, avtomobildə polisin axtarış aparmaq istəməsinə sürücü Birol Sağlam və maşındakı iki qadın qarşı çıxıblar. Bu sırada qadınlardan biri avtomobili axtarmaq istəyən polislərə soyunaraq etiraz edib. Sığortası olmayan avtomobili aparmaq istəyən polislərə qarşı çıxan 2-si qadın olmaqla 3 adam və 6 uşaq yolda hərəkəti bağlayıb.
Sonradan avtomobildəkilər polis bölməsinə aparılıblar. Bu müddətdə Trabzon-Gümüşhane yolunda hərəkət yarım saat bağlı qalıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

