Məşhur futbolçuya yarım milyonluq cəza - FOTO

18 Dekabr 2014 17:39
"Borussia Dortmund"un ulduz futbolçusu Marko Roysa yarım milyonluq cəza kəsilib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, futbolçu sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiyinə görə ona 540 min avro dəyərində pul cəzası verilib.

Daha əvvəl də sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmiş futbolçu haqqında prokurorluq tərəfindən istintaq başladılıb.

Məlum olub ki, Roys 2011-ci ildən bu yana 6 dəfə vəsiqəsi olmadan avtomobil idarə edib. Futbolçunun aylıq qazancının 180 min avro olduğu nəzərə alınaraq ona 90 günlük qazancı qədər cəza kəsilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.