"Real"dan daha bir rekord

18 Dekabr 2014 17:18

Mərakeşdə keçirilən klublararası dünya çempionatının "Krus Asul"la yarımfinal oyunu Madrid "Real"ı üçün əlamətdar olub.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rəqibinə 4 cavabsız qolla qalib gələn "kral klubu" bu il vurduğu qolların sayını 176-ya yüksəldib.
 

Bununla da, "Real" əzəli rəqibi "Barselona"nın 2012-ci ildəki rekordunu yeniləyib. Kataloniya təmsilçisi iki il öncə 175 dəfə rəqib qapılarına yol tapmışdı.

Milli.Az