Trend-in bu sualına cavab olaraq "Bakı Hüquq Mərkəzi"nin (BHM) hüquq məsləhətçisi Tahir Əliyev bildirib ki, nikah müqaviləsi - nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimini dəyişdirərək müqavilə rejimini müəyyənləşdirir. Başqa sözlə, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər: "Nikah müqaviləsində müxtəlif məsələlər müəyyənləşdirilə bilər: tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, tərəflərin hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nikahın pozulması halında, tərəflərin hər birinə düşəcək əmlak, eləcə də ər-arvadın əmlak münasibətlərinə dair hər hansı digər məsələlər".Nikah müqaviləsi nə deməkdir və bağlanması məcburi xarakter daşıyırmı?