Gəncəli Gülnar Bakıda tələbədir və ildə bir neçə dəfə valideynlərini görməyə gedir. Ən sevmədiyi variant gecə qatarı ilə səfərə çıxmaqdır. "Vaqonun içində iy çox olur, həm də bürküdür. Yenə yayda dözmək olur, pəncərələri açırlar. Amma qışda dəhşətdir, ürəyi xəstə adam orada çətin dözər. Bir də qonşu kupelərdəki cavanların səsi yatmağa qoymur - gülürlər, telefonla danışırlar. Üstəgəl qatar bahadır, kupe 12 manata çıxır. Amma avtobusla 7 manata getmək olur", - deyə gənc qız anspress əməkdaşı ilə söhbətində bildirir. Gülnarın dediyinə görə, gecə qatarından fərqli olaraq kupe nisbətən əlverişlidir: "Təxminən avtobusla eyni qiymətədir, həm də avtobusdan rahatdır, salon genişdir, hərəkət imkanı var. Amma 7-8 saat yol gedir". Bütün bu amillər sərnişinləri 7 manat qarşılığında 5 saata Gəncəyə çatdıran avtobuslara meyli artırır.Bir göz qırpımında Gəncəyə çatmaq olacaq