Keyxanım rolu ilə tanınıb, sevilən aktrisa Ülviyyə Əliyeva "Gündəlik" verilişinin qonağı olub. Əməkdar artist neçə ildir nişanlı olsa da, evlənməməsinin səbəbini açıqlayıb: "Yaxşıdır hər şey. Sadəcə bu sualı oğlan adamına verin".
Milli.Az atvxeber.az-a istinadən xəbər verir ki, verilişdə maraqlı anlar yaşanıb. Məlumatınız var ki, "Gündəlik" verilişində itən əşyalar, heyvanlar, zinət əşyaları da tapılıb, sahiblərinə qaytarılır. Belə ki, bu dəfə Dubayda anadan olan pişik tapılıb. Pişiyin iki yiyəsi ortaya çıxıb. Keyxanım pişiyin cinsiyyətini müəyyənləşdirməyə çalışıb. Aktrisa zarafatından da qalmayıb: "Özümü lap ginekoloq kimi hiss etdim. Heç vaxt əməliyyat olunan oğlan görməmişəm deyə pişiyin də cinsiyyətini müəyyən edə bilmədim".
Milli.Az
