Dünya ulduzları kömək istədilər

18 Dekabr 2014 21:05
"People" jurnalı yazır ki, Hollivud ulduzları Ancelina ColiBred Pitt kibertəhlükəsizlik üzrə mütəxəssislər komandasına ehtiyac duyub və artıq bir neçə nəfərlə danışıqlar aparıblar. Onlar uşaqlarının internetdəki axtarışlarına nəzarət edə bilmək üçün belə bir addım atıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Ancelina Coli rəqəmli dünyanı qorxunc adlandırıb.

"Övladlarımın rəqəmli dünyaya hazır olmasına əmin deyiləm. Bu, yeni dünya çox qorxuncdur", - aktrisa fikrini belə ifadə edib.

Coli, həmçinin bildirib ki, texnoloji sferada özünü geridə qalmış hesab edir.

Belə ki, o, "Facebook", "Instagram" və "Twitter"dən istifadə etmir. Dünya ulduzu sosial şəbəkələrdən istifadə etmək əvəzinə, "bloknot"da qeydlər aparmağa üstünlük verir.

Milli.Az