İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Milli.Az islam.az-a istinadən bildirir ki, səfər ayının 20-si İmam Hüseynin (ə) faciəli şəhadətinin 40-cı günü (ərbəin) tamam olur. Lakin şiə müsəlmanlar bundan sonrakı 9-10 günü də matəm kimi qeyd edir, şənlik etmirlər.
Səbəb budur ki, səfər ayının 28-i Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) şəhadət günüdür. Səfər ayının son günündə isə (29-u və ya 30-da) İmam Rza (ə) şəhid olub. Şiələr həmin müqəddəslərin hörmətinə səfər ayının sonuna kimi matəmi uzadırlar.
Milli.Az