Müğənni Samira: "Başına o qədər döyür ki..."

18 Dekabr 2014 16:04
Müğənni Samira Allahverdi varlı oğlana ərə getmək istəyən gənc qızlara məsləhət verib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, "Günəbaxan" verilişinin qonağı olan ifaçı pulun sevgi demək olmadığını söyləyib:

"Əksər qızlar kasıba yox, varlıya ərə getməyə çalışırlar. Hələ bir ərə gedəndə şərt də kəsirlər ki, mən işləyəcəm, maşın istəyirəm. Varlı adamla ailə quran sonradan problemi görüb ağıllanır. Başına o qədər döyür ki... Başa düşürlər ki, eybi yox, elə bir otaqda yaşayım, amma sevgi olsun. Pul sevgi demək deyil".

Milli.Az