Lənkəranın bəzi kəndləri qazsız qalacaq

18 Dekabr 2014 15:42

Lənkəranın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, dekabrın 19-da saat 12:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin "Xarxatan" Qazpaylama Stansiyasında təmir işləri aparılacaq.

Təmir müddətində Lənkəran rayonun Liman qəsəbəsinin, o cümlədən, Xarxatan, Dilman, Separadi, Şağlaser və Boladi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az