Hər il olduğu kimi, bu il də Yeni il qabağı mağazaların vitrinlərinə cazibəli formada "Geyimlərə 30-50-80 faiz endirim", "Hər nə alsan, 10 manat", "2 al+bir hədiyyə", "Nə alırsan al, yarısını ödə" yazılmış sözlər bəzəyir. Yeni il qabağı belə elanları yalnız geyim mağazalarında deyil, "İdeal", "Sabina" kimi kosmetika və parfümeriya mağazalarının vitrinlərində də görə bilərik.Eyyub Hüseynov: "Ölkədə satılan malların təxminən 70 faizinin qiymət sənədi yoxdur..."


