3 gün əvvəl itkin düşən 76 yaşlı kişinin meyidi tapıldı
18 Dekabr 2014 15:30
Qaxda 3 gün əvvəl itkin düşən şəxsin meyidi tapılıb
Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Hacı oğlu Quliyevin meyidi çay kənarında tapılıb.
Onun yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.
Qeyd edək ki, Səməndər Quliyev dekabrın 15-də saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik ərazidə meyvə yığmaq adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi barədə ailə üzvləri polisə məlumat veriblər.