APA-nın məlumatına görə, bu sözləri Moskvada keçirdiyi ənənəvi brifinqdə Rusiya prezidenti Vladimir Putin "Dojd" telekanalının müxbiri Kseniya Sobçakın "Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?" sualına cavabında deyib."Rusiyada hamı qanunlara hörmət etməlidir. Məhkəmənin qərarı olmadan heç kim günahkar elan edilə bilməz. Lakin bu, heç kimə, o cümlədən Çeçenistan rəhbərinə icazə vermir ki, belə danışsın"