Mercedes CLA daha da gücləndi - FOTOSESSİYA

24 Dekabr 2014 17:35
Tamamilə yeni Mercedes CLA Shooting Brake rəsmi premyerasından heç bir ay keçməmiş model özünün tarixində ilk tüninq-paketlərindən birini əldə edib. Əlavələr proqramı RevoZport emalatxanası tərəfindən hazırlanıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, tünerlər idman universalını ön spoylerdən, yan ətəklərdən və arxa diffuzordan ibarət karbon asma ilə təchiz ediblər. CLA 200 və CLA 250 modifikasiyaları üçün RZA-290 kiti onların gücünü müvafiq olaraq 156 və 211 at gücündən 290 at gücünədək, CLA 45 AMG Shooting Brake zirvə modelinin gücünü isə standart 360 -dan 450 at gücünədək artırıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.