Hibrid Hyundai Sonata göstərildi - FOTO

18 Dekabr 2014 20:44
Hyundai şirkəti yeni nəsil Sonata sedanın hibrid modifikasiyasını rəsmi təqdim edib. Yeni modelin təqdimatı Seulda keçirilən xüsusi tədbirdə baş tutub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Sonata güc qurğusunun tərkibinə Nu ailəsindən 156 at güclü 2,0 litrlik benzin və 51 at güclü elektrik mühərriki daxildir. Modelin dinamik xüsusiyyətlərini Hyundai açıqlamayıb.

Hibridi adi sedandan fərqli radiator barmaqlığı, işıq texnikası, diffuzoru və qapıların aşağı hissəsində xrom tanınma lövhəciyi ilə fərqləndirmək mümkündür.

Hibrid Sonata Cənubi Koreyanın sərhədlərindən kənardakı bazarlara 2015-ci ilin ikinci yarısında çıxacaq. Elə o zaman akkumulyatorları adi məişət elektrik şəbəkəsindən doldurula bilən Sonata da təqdim ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.