Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu məbləğə müştəri seriya modelindən eksteryer və interyerin yeni üslubda tərtibatı və çox da mürəkkəb olmayan texniki işləmlərlə yaraşıqlı Range Rover Evoque RS Sport əldə edəcək. Qeyd etmək lazımdır ki, A. Kahn Design emalatxanasına baş çəkən hər bir avtomobilin son görkəmi daha çox sifarişçinin istəyindən asılı olur.
Krossoverin donuq boz "Volcanic Grey Satin" rəngi ilə boyanmış kuzovu tünerlər tərəfindən vertical diod işıqları olan fərqli ön bamperin, torvari radiator barmaqlığının və arxa bamper diffuzorunun, səsboğucunun qoşa boruları və beşinci qapı üzərində iki ədəd spoyler ilə daha çox idmançı görkəmi əldə
edib. Yol səthindən ara məsafəsi 20 mm azaldılıb və zavod təkərlərinin yerinə 22 düymlük donuq RS-600 diskləri quraşdırılıb.
Dəbdəbəli salonda yalnız ilk baxışda böyük dəyişiklillər görünmür, əslində isə onun kürsüləri və dirsəkaltıları yenidən üzlənib və avtomobil çoxsaylı xırda staylinq elementləri və tavan üçün yeni tərtibat əldə edib.
Milli.Az