Milli.Az 4charx.com-a istinadən bildirir ki, bundan bir müddət əvvəl Lamborghini başçısı Stefan Vinkelman hazırda şirkətin Porsche 918 Spyder, McLaren P1 və Ferrari LaFerrari hibrid avtomobilləri ilə rəqabət aparacaq model hazırlamaq fikrində olmadıqlarını, bunun ancaq beş ildən sonra mümkün ola biləcəyini bildirmişdi. Recaninin sözlərinə görə isə şirkətdə hazırda layihənin dəyəri və ilkin xüsusiyyətləri müzakirə olunur.
Lamborghini Asterion prototipi payızda Paris avtosalonunda nümayiş etdirilmişdi. (Paris-2014: Lamborghini Asterion LPI 910-4 Hybrid Concept) Asterion seriyaya buraxılacağı halda onun Aventador-dan baha, təxminən 400 min avro qiymətində olacağı gözlənilir.
Milli.Az