Bu da qızıl Mercedes-Benz - FOTO

18 Dekabr 2014 18:28
Brabus emalatxanası özünün yeni layihəsini - fövqəladə güclü qızıl Mercedes-Benz S63 AMG limuzini təqdim edib. Mötəbər sedanın dəbdəbəli stili ilə onun heyrətamiz imkanlarından xəbər verən idman aksessuarları əla uyğunluq təşkil edir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kompleks yeniliklərə məruz qalmış avtomobil öz seriya modelindən hər mənada - xarici görünüşündən başlamış ayrı-ayrı texniki detalların modernizə edilməsinədək xeyli fərqlənir.

Keçmiş Mercedes-Benz S63 AMG, indi isə Brabus 850 adlandırılan avtomobil 850 a.g. və 1450 Nm fırlanma anı hasil edən gücləndirilmiş 5,5 litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.