Putin Ukrayna böhranının həll yollarını açıqladı
18 Dekabr 2014 14:35
Rusiya Ukrayna böhranının mümkün qədər tez bir zamanda siyasi yollarla həll edilməsinin tərəfdarıdır.
Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin sayca onuncu böyük mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, Ukrayna prezidenti Petro Poroşenko Ukraynadakı vəziyyəti nizamlamaq istəyir: "Lakin o, orada tək deyil - bir çox digər vəzifəli şəxs hərbi ruhda çıxış edir".
V.Putin qeyd edib ki, Rusiya hazırda humanitar karvanlar göndərdiyi Donbasa köməyi davam etdirəcək.
Milli.Az