Oğrular dünya çempionunu xəstəxanalıq etdilər - FOTO
18 Dekabr 2014 14:39
Dünya çempionu qonşusunun evinə girən oğrularla bacara bilməyib.
Anspress-in məlumatına görə, boks üzrə yüngül çəki dərəcəsində dünya çempionu olan ingilis Antoni Krolla qonşusunun evinə oğurluq üçün girən şəxsləri tutmağa çalışıb.
Bu zaman oğrular onun başına beton parçasıyla vuraraq idmançını yaralayıblar. Başından zədələnən boksçunun ayaq sümüyü də qırılıb.
Hadisədən dərhal sonra xəstəxanaya aparılan idmançı hələ də həkim nəzarətində saxlanılır. Krollanın vəziyyəti qənaətbəxş olsa da boks karyerasının təhlükədə olduğu deyilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

