"Kiçik" Quba - VİDEO

18 Dekabr 2014 14:19
Quba şəhərinin kiçildilmiş forması hazırlanıb.

Milli.Az Regional Tv-yə istinadən bildirir ki, maketin müəllifi rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Habil Fərzəliyevdir. Maket Qubanın peyk görüntüləri əsasında 1:10 000 miqyasında hazırlanıb. Memar hazırladağı planda yollar, yaşıllıq zonaları, parklar, xiyabanlar, sosial və inzibati binalar, fərdi yaşayış evlərini əks etdirib. Ümumi çəkisi 50 kiloqrama yaxın olan maketin hazırlanmasında 15-dən çox müxtəlif növ materiallardan istifadə olunub.

Memar gələcəkdə Qubanın inkişaf planının hazırlanacağını da qeyd edib. Həmin planda böyük tikililərin inşa edilməsi nəzərdə tutulur. Quba rayonuna gələn yerli və xarici qonaqlar rayonu tam gəzməyə vaxt tapa bilməsələr, o zaman Habil Fərzəliyevin yüksək peşəkarlıqla hazırladığı əl işi ilə tanış olaraq Qubanın mövcud mənzərəsi barədə məlumatlar əldə edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.