Kür sahilində qanlı istirahət
18 Dekabr 2014 13:15
Mingəçevirdə istirahət faciə ilə bitib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dekabrın 17-də Kür çayının sahilində ovla məşğul olan şəhər sakini Elxan Bayramov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş həmyerlisi Hümbət Maşıyevə dəyib.
Xəstəxanaya yerləşdirilmiş H.Maşıyev ölüb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən E.Bayramovdan ov tüfəngi götürülüb. Araşdırmalar aparılır.
Milli.Az