Bakıda ləğv edilmiş universitetin diplomu hələ də satılır
18 Dekabr 2014 13:12
Bakıda olmayan universitetin diplomu satılırmış. Bakı şəhər sakini Vüsal Nuriyev Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya 7000 ABŞ dollarına satarkən saxlanılıb. Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həyata keçiriblər.
Məlumatına Daxili İşlər Nazirliyi yayıb.
Milli.Az