"Bank of Baku" "Caspian European Club" təşkilatına daxil oldu!
18 Dekabr 2014 12:46
"Bank of Baku" nüfuzlu yerli və xarici şirkətlərin təmsil olunduğu "Caspian European Club" təşkilatına daxil olub. "Bank of Baku" "Caspian European Club"-da qızıl üzv qismində təmsil olunacaq. Üzvlük barədə xüsusi sertifikat "Bank of Baku"-nun Müşahidə Şurasının sədri Elçin İsayevə təqdim edilib. Sertifikatı klubun iclasında iştirak edən Azərbaycan Respublikası maliyyə naziri Samir Şərifov təqdim edib. "Bank of Baku"-nun Müşahidə Şurasının sədri Elçin İsayev bildirib ki, bank klubun üzvü olan nüfuzlu şirkətlər arasında olmaqdan məmnundur. "Əminik ki, klub çərçivəsində aparılan ünsiyyət və əməkdaşlıq bütün iştirakçılar üçün faydalı olacaq. "Caspian European Club" biznesin təşəkkülü, inkişafı və əlaqələndirilmiş fəaliyyəti istiqamətində uğurlu platforma rolunu oynayır və biz burada yeni tərəfdaş və dostlar qazanmağa şadıq", - deyib Elçin İsayev.
"Caspian European Club" klubu öz sıralarında 50 ölkədən olan 5000-dən çox şirkət, maliyyə təsisatı və korporasiyanı birləşdirir. Klubun əsas məqsədi iqtisadiyyat, enerji, gömrük, vergi, ekologiya sahəsində ortaq proqramların işlənib hazırlanmasıdır. "Caspian European Club" klubu əsasən Xəzər, Qara dəniz və Baltika regionlarında fəaliyyətə xüsusi üstünlük verir.
Bu gün "Bank of Baku" Azərbaycanın aparıcı innovativ banklarından biridir. Bankın məhsul və xidmətləri yüz minlərlə Azərbaycan istehlakçısı tərəfindən böyük rəğbət qazanıb və geniş istifadə olunur.
"Bank of Baku" barədə daha ətraflı məlumat:
145 Məlumat Mərkəzi
www.facebook.com/bankofbaku
www.bankofbaku.com
Bank of Baku