ABŞ-ın Türkiyədəki səfirliyində şübhəli şəxs saxlanıldı

18 Dekabr 2014 12:33

Ankarada ABŞ-ın Türkiyədəki səfirliyinin binası yanında İran vətəndaşı saxlanılıb

Trend xəbər verir ki, bu barədə cümə axşamı "Milliyet" qəzeti yazıb.

19 yaşlı iranlı Məhəmməd A .öz çantasını səfirliyin qapısına tullayıb ki, bu da yoldan keçənlərdə narahatlıq və təşviş doğurub.

İran vətəndaşı səfirliyin mühafizə xidməti tərəfindən saxlanılıb və Türkiyənin hüquq-mühafizə orqanlarına təhvil verilib. Onun diplomatik missiyanın qapısına tulladığı çanta boş olub.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, saxlanılan tələbə Türkiyənin ali məktəblərindən birində təhsil alır.

Milli.Az