Türkiyənin qərbində avtobus aşıb, xəsarət alanlar var
18 Dekabr 2014 11:59
Türkiyənin qərbində yerləşən Uşak vilayətində içərisində işçilərin olduğu avtobus aşıb
Nəticədə 17 nəfər ağır xəsarətlər alıb.
Trend
xəbər verir ki, bu barədə cümə axşamı "Haber7" telekanalı məlumat yayıb.
Avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Türkiyə vətəndaşlarıdır.
Milli.Az