Amerikada film qalmaqalı: kinoteatrlar qorxdu - VİDEO - FOTO

18 Dekabr 2014 11:53

ABŞ-ın "Sony Pictures" kinostudiyası "The Interview" filminin ölkədəki kinoteatrlarda dekabrın 25-i üçün nəzərdə tutulan premyerasından imtina edib.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, kinostudiyanın bu qərarı ölkədəki kinoteatrların tam əksəriyyətinin kinofilmi göstərməkdən boyun qaçırması ilə bağlıdır.
 

"Filmin nümayişi və yayılmasının qarşısının belə pis şəkildə alınmasından, şirkətimizin nüfuzuna zərbə vurulmasından təəssüflənirik", - kinostudiyanın yaydığı açıqlamada deyilir.
 

Variety-nin məlumatına görə, buna rəğmən "Sony Pictures" kinostudiyası filmi videodisklərdə yaymaq niyyətindədir.
 

"The Interview" kinokomediyası Şimali Koreya lideri Kim Çen Indan müsahibə almaq imkanı əldə etmiş iki amerikalı jurnalistdən bəhs edir. Şimali Koreyaya yollanmazdan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi onları işə götürür və Kim Çen Inı sui-qəsd vasitəsilə öldürmək əmri verir.

Şimali Koreyanın hakimiyyət dairələri kinokomediyanı qətiyyətlə pisləyərək "filmin ABŞ rəhbərliyi və cəmiyyətinin isterikasının nümunəsi olduğunu" bildirib.
 

ABŞ-ın özündə də tanınmış kinotənqidçilər filmi "biabırçılıq" adlandırıblar.
 

Ceyms FrankoSet Roqenin baş rollarda oynadıqları "The Interview" filmi dekabrın 11-də Los-Ancelesdə ilk dəfə nümayiş olunub.

Dekabrın 15-də isə internetdə filmin Kim Çen Inın "qətlə yetirildiyi" epizodlarının videosu yayılıb.

Ertəsi gün anonim hakerlər "Sony Pictures"ə müraciət yollayaraq "The Interview" filminin nümayiş ediləcəyi təqdirdə premyerada terror aktı törədiləcəyini vurğulayıblar.
 

Bu təhdiddən sonra ABŞ-dakı 10 ən böyük kinoteatrlar şəbəkəsi, o cümlədən AMC, "Regal", "Cinemark" və "Carmike" filmi nümayiş etdirməkdən boyun qaçırıblar.
 

Filmin bu gün Nyu-Yorkdakı "Sunshine Cinema"dakı premyerası da ləğv olunub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.
фото