Müğənni səhnədə öldü

18 Dekabr 2014 11:08

Ankarada keçirilən konsertdə 52 yaşlı müğənninin halı pisləşib

Türkiyənin tanınmış müğənnisi Bilal Ercan konsert zamanı səhnədə infarkt keçirərək ölüb.

Anspress-in məlumatına görə, hadisə paytaxt Ankarada Suriyanın Kobani şəhərinə dəstək məqsədilə keçirilən konsertdə baş verib.

Ankaranın Maltepe rayonunda keçirilən konsertdə 52 yaşlı müğənninin halı pisləşib və o, infarkt keçirərək dünyasını dəyişib.

Bu barədə məlumatı Türkiyə xalq musiqisi sənətçisi Sümer Ezgü sosial şəbəkədəki səhifəsində paylaşıb.

Allah rəhmət eləsin.

Milli.Az