Türkiyə Kubokunun qrup mərhələsinin II turunun oyunları keçirilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizin futbolçuları Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın formasını geyindiyi "Qaziantep BB" növbəti görüşünə çıxıb.
Futbolçularımızın komandası Superliqa klubu "Qaziantepspor"la üz-üzə gəlib. Antep derbisində qol səsi eşidilməyib. Komandaların ciddi cəhdlərinə baxmayaraq, matç 0:0 hesabı ilə başa çatıb.
Bu qarşılaşmada yalnız Vaqif forma geyinib. Start heyətdə meydana çıxan Cavadov 90 dəqiqə mübarizə aparıb. Digər oyunçularımızın adları isə heç "18-liy"ə belə salınmayıb.
Milli.Az