2014 Mundialından sonra azad agent kimi "Malaga"ya transfer olunan Qilyermo Oçoanın La Liqada özünü yaxşı tərəfdən göstərəcəyi gözlənilirdi. Villi Kabalyeronun "Manchester City" klubuna keçidindən sonra meksikalı qolkiperin qarşısında yalnız Karlos Kameni ilə rəqabət dururdu. Lakin 29 yaşlı qapıçı baş məşqçinin etimadını qazana bilmədi.
Əndəlus təmsilçisinin heyətində yalnız Kubok qarşılaşmasında çərçivəni qoruyan Oçoanın "La Rosaleda" macəralarının yanvarda başa çatacağını düşünmək olardı. Qış transfer pəncərəsində onun "Liverpool"dan təklif alacağı bildirilirdi. Çərçivədə müəyyən problemlər yaşayan "mersisaydlılar"ın Oçoanı heyətə cəlb etmək fikrində olduğu deyilirdi.
Milli.Az goal.az-a isitnadən xəbər verir ki, "Malaga" meksikalı əlcək ustasına görə təklif almadıqlarını elan edib. Rəhbərlik yalnız Reskaldani və Santa-Kruza bir neçə Cənubi Amerika klubundan təklif gəldiyini qeyd edib. Klubların adı açıqlanmasa da, "Malaga"nın futbolçuları icarəyə göndərməkdənsə, satmağa üstünlük verdiyi məlumdur. Əndəlusluların akademiyasında yetişən Serji Darde, Samuel və Kastilyexo kimi perspektivli futbolçular artıq veteran sayılan Santa-Kruzun komandadan getməsi üçün əsas götürülə bilər.
Milli.Az