"Çelsi" qış transferi pəncərəsində heyətinə heç bir futbolçu cəlb etməyəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Joze Mourinyo deyib:
"Heyətimizdə çox futbolçu yoxdur. Buna baxmayaraq, komandada gənc və təcrübəli futbolçular var. Cari mövsümün sonuna qədər heyətimizə heç bir oyunçu cəlb etməyəcəyik".
Milli.Az