"Keyxanım" niyə ərə getmir?

18 Dekabr 2014 10:19
"Keyxanım" obrazı ilə tamaşaçıların rəğbətini qazanan Ülviyyə Əliyevanın toyunun vaxtı hələ də uzanır
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Mətanət Əliverdiyeva aparıcısı olduğu "Gündəlik" verilişində: "Ülviyyə, yalandan toy edirlər, sonra da boşanırlar. Halalca nişanlın  yanında ola-ola neçə ildir niyə ərə getmirsən?" - deyə sual verib.
 
Nişanlısının adını sirr olaraq saxlayan aktrisa toyunun gecikməsinə belə aydınlıq gətirib:

"Yəqin, evdə qalmaq xoşuma gəlir də... Yaxşı olacaq. Gərək sən bunu məndən yox, oğlan tərəfini çağırıb onlardan soruşasan".
 
Qeyd edək ki, Ülviyyə Əliyeva daha əvvəl ailəli olub. Bu onun ikinci evliliyidir. Onun ailə qurmağa hazırlaşdığı şəxs xınayaxdı məclisləri təşkil etməklə məşğuldur.

Milli.Az