Çin prezidentindən futbolla bağlı yeni qərar

18 Dekabr 2014 10:59

Çin məktəblərində futbol məcburi olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu yeniliyin təşəbbüskarı ölkə prezidenti Si Tzinpindir.
  

O bildirib ki, uşaqlıqdan futbolla maraqlanmaq lazımdır. Si Tzinpin ümid edir ki. Çin dünya çempionatına ev sahibliyi edib, kuboka sahib ola bilər.
  

2017-ci ilə qədər təxminən 20 min Çin məktəbi, yeni sahələr və infrastrukturlar yaradılacaq. Məqsəd isə 100 min yeni futbolçu meydana çıxartmaqdır. 2016-cı ildə universitetə daxil olan tələbə öz istəyi ilə futboldan imtahan verəcək.
  

Qeyd edək ki, Çin milli komandası FİFA reytinqində 88-ci yerdə qərarlaşır. Asiya təmsilçisi yalnız bir dəfə dünya çempionatında mübarizə aparıb. 2002-ci ildə Yaponiya və Koreyada keçirilən mundialda çinlilər qrupu həm xalsız, həm də qolsuz başa vurmuşdular.

Milli.Az