Mərakeşdə keçirilən klublararası dünya çempionatında növbəti oyunlar baş tutub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci yarımfinal matçında Argentina təmsilçisi "San-Lorenso" ilə Yeni Zelandiyanın "Oklend" klubu görüşüb.
Cənubi Amerikanın ən güclüsü ada təmsilçisini yalnız əlavə vaxtda məğlub edə bilib - 2:1. Bununla da "San-Lorenso" yarışın ikinci finalçısı olub.
Argentinalılar dekabrın 20-də baş tutacaq həlledici görüşdə İspaniya "Real"ı ilə görüşəcəklər. Həmin gün keçiriləcək 3-cü yer uğrunda oyunda isə "Oklend" Meksikanın "Kruz Asul" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, 5-ci yerin taleyinə də aydınlıq gəlib. Asiya və Afrika Çempionlar Liqasının qaliblərinin oyununda "Setif" qalib gəlib.
Klublararası dünya çempionatı
17 dekabr
Yarımfinal
"San-Lorenso" (Argentina) - "Oklend" (Yeni Zelandiya) - 2:1 (əlavə vaxtda)
Barrientos, 45+2, Matos, 93 - Berianda, 67
5-ci yer uğrunda oyun
"Setif" (Əlcəzair) - "Sidney Uonderers" (Avstraliya) - 2:2, pen. 5:4
Mullen, 50, Ziava, 57 - Kastelen, 5, Saba, 89
Milli.Az