Dəhşətli terrordan yeni görüntülər - VİDEO
18 Dekabr 2014 10:56
Pakistanın Peşəvar şəhəri "Taliban"ın məktəbə hücumu zamanı dünyasını dəyişmiş 148 uşağı və doqquz işçini dəf edir.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, məktəbdə döşəmədəki qan, divarlarda güllə izlərini göstərən şəkillər hücumun qəddarlığını nümayiş etdirir.
Hazırda dünyasını dəyişmişlərin kütləvi dəfni və ibadətlər davam etməkdədir.
Baş nazir Nəvaz Şərif milli qəzəb doğurmuş qətliama görə üç günlük matəm elan edib. Şərif həmçinin, terrorizm faktlarına görə ölüm hökmünə qoyulmuş moratoriumun sona çatdığını bildirib.
Bu, bir çox pakistanlının terrorda şübhəli bilinən şəxslərin ədalətdən yayınması ilə bağlı fikirlərinin qarşısını almaq üçün atılmış addımdır.
Qeyd edək ki, bütün dünya hücumların şokunu yaşayır. Bir çox ölkə başçıları baş verən terror aktını sərt şəkildə qınayıblar. Türkiyədə isə bir günlük matəm elan edilmişdi.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
