Sankt-Peterburqda polisə rüşvət verməkdə ittiham olunan azərbaycanlının vətənə qayıdışı baha başa gəlib.
Anspress-in məlumatına görə, adı açıqlanmayan azərbaycanlının Lenin rayon məhkəməsi tərəfindən polisə rüşvət verməyə çalışdığına görə 100 min rubl cərimələndiyi qeyd edilir. Azərbaycanlı uzun müddət məhkəmə qərarını icra etməkdən imtina edib və icraçılardan gizlənib. Bununla əlaqədar məhkəmə onun axtarışına qərar verib və onun Rusiya ərazisini tərk etməyinə qadağa qoyub.
Qalma müddətinin bitdiyindən o, ölkəsinə qayıtmaq istəyib. Bu zaman "Pulkovo" aeroportunda sərhəd nəzarət məntəqəsində ona ölkəni tərk etməyə icazə verilməyib və başa salınıb ki, borcu bağlamaq üçün məhkəmə icrası xidmətinə yaxınlaşsın.
Azərbaycanlı vətənə qayıtmaq üçün borcu tam şəkildə ödəmək məcburiyyətində qalıb. Borcunu tam ödədikdən sonra azərbaycanlının üzərindən ölkəni tərk etmək qadağası götürülüb. Milli.Az