Azərbaycanda çörək bahalaşır? - VİDEO

18 Dekabr 2014 10:00

Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı açıqlama verdi

Bu il ölkədə çörəyin qiymətində artım olmayacaq.

İl dəyişən zaman bəzən müxtəlif məhsulların qiymətində artım müşahidə edilir. İndidən bəziləri çörəyin qiymətilə bağlı narahatlıq hissi keçirirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS-ə açıqlamasında bildirib ki, hazırda insanlarda psixoloji bir düşüncə tərzi var - Yeni il gəlirsə, qiymətlərdə dəyişikliklər olacaq:

"Artıq bəzi saytlarda oxuyuram ki, qiymətlər qalxacaq. Məhz hər il olduğu kimi biz belə ajiotajla qarşılaşırıq: Çörəyin qiymətində artım müşahidə olcaq. Hal-hazırda bununla bağlı bizə çoxsaylı müraciətlər olur. Xatırladım ki, bu il respublika üzrə 2,2 milyon ton taxıl istehsal olunub ki, onun da 1,4 milyon tonunu ərzaq buğdası təşkil edir. Respublikada istənilən qədər taxıl ehtiyatı var və çörəyin qiymətinin artması gözlənilmir, buna da lüzum yoxdur".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото