54 əsgər edam edilə bilər

18 Dekabr 2014 09:34
Nigeriyada 54 hərbçi hökumətə qarşı çıxmaq iddiası ilə edama məhkum edilib.

Anspress-in məlumatına görə, edama məhkum edilən hərbçilər avqustun 4-də Boko-Haramın nəzarətində olan bölgələrdə əməliyyatlara rəhbərlik edən komandirlərə itaət etməməkdə, üsyanda günahlandırılırlar.

Onlar bütün günahlandırılma idddialarını qəbul etməyəcəkləri halda edam ediləcəklər. Bundan başqa, onların arasında Nigeriyanın şimal-qərbində Boko-Haram qruplaşması ilə ordu arasında gedən qarşıdurmalardan yayınaraq qaçan və məlumat ötürməkdə şübhəli bilinən əsgərlər yer alır.

Qeyd edək ki, Boko-Haram qruplaşması son 5 ildə Nigeriyada müxtəlif terror aktları həyata keçirib. Onlar ölkənin bir sıra əyalətlərini hazırda öz nəzarətləri altında saxlayırlar.

Milli.Az