Məktəb qırğınının şoku hələ çəkilməyib - FOTO

18 Dekabr 2014 10:23

Pakistanın Heybər-Pahtuşkva vilayətindəki Pişəvər şəhərində yerləşən hərbi məktəb "Taliban" yaraqlılarının hücumuna məruz qalandan sonra viran qalıb.
 

132 şagirdin qətlə yetirildiyi məktəbin hər tərəfi güllə və partlayış izləridir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məktəbə hücum edən taliblər direktor Tahirə Qazini şagirdlərin gözləri önündə diri-diri yandırıblar.

60 şagirdin olduğu sinif otağında isə "canlı bomba" özünü partladıb və orada olanların hamısı həlak oub.

Məktəbin mərhum direktoru Tahirə Qazi Pakistan ordusunun sabiq polkovniki Qazi Zəfrullahın xanımı idi. Onun oğlu da bu məktəbdə oxuyurdu.

Dünən Pakistanda ümummilli matəmdi.
 

Ölkənin baş naziri isə edam cəzasına tətbiq olunan moratoriumu ləğv edib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.