Bakı sakini bıçaqlanıb - FOTO
18 Dekabr 2014 09:11
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, 32 yaşlı paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adil Əlibabayev küçəsi 2 saylı binanın həyətində baş verib. Bıçaq xəsarəti alan 32 yaşlı Elvin Yaşar Oğlu Mahmudov ailə üzvləri tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunduqdan sonra palataya yerləşdirilib.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşları Elvin Mahmudovun izahatını alıblar. Zərərçəkən bıçaqlandığını bildirsə də, tibbi ekspertizadan sonra onun başına gələn hadisəyə hüquqi qiymət veriləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

