Minik maşını aşdı, ana və uşağı yaralandılar

18 Dekabr 2014 09:04
Bu gün səhər saatlarında Gəncə-Şəmkir yolunun 1-ci km-də yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, 34 yaşlı şəhər sakini Səyavuş Hüseynov idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə Şəmkirdən Gəncə istiqamətinə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 34 yaşlı Nailə Xəlilova və onun azyaşlı oğlu Fərid Hüseynov müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. Yaralılara ilk tibbi yardım göstərilib. Araşdırma aparılır.

Milli.Az