Gəncədə yol qəzasında 5 nəfər yaralandı

18 Dekabr 2014 08:57
Gəncədə iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə dekabrn 18-i, gecə saat 1 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində, Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib.  İki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə Gəncə Şəhər TTYX-nin travmatologiya şöbəsinə gətiriliblər. Onlardan ikisinin vəziyyəti xüsusi ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən  araşdırmalara başlanılıb.

Milli.Az