Milli.Az ICTnews-a istinadən bildirir ki, kvant nöqtələrdən istifadə rəngverməni hazırda bu parametr üzrə ən yaxşısı hesab edilən OLED displeylərə nisbətən daha dəqiq ötürən televizorlar yaratmağa imkan verir. Qalınlığı atomların cəmi 20 qatını təşkil edən kvant nöqtələr 2-10 nanometr ölçülü kiçik kristallardır. Onlar ölçüdən asılı olaraq mövcud işıq mənbələrinə nisbətən dar diapazonda işığı şüalandırır. Bu, rəngvermənin dəqiqliyini artırmağa imkan verir.
Əvvəllər kvant nöqtəli ekranları Sony şirkəti KD-65X9000A televizor modelində, eləcə də Amazon istehsalçısı Kindle Fire HDX planşetində təqdim edib. Daha sonralar Çinin TCL şirkəti bu texnologiyalı qurğular nümayiş etdirib.
LG dünyada televizorların 17 faizini tədarük edir. Bu isə texnologiyanın kütləvi şəkildə tətbiqi deməkdir. Bu növ ilk qurğuların qiymətinin yüksək olacağı gözlənilir.
Milli.Az