2015-ci il qapımızı döyməyə başlayıb. 2014 bir göz qırpımında gəlib-keçdi, artıq hər kəs 2015-ci ili qarşılamağa hazırlaşır. Yeni ilin gəlişinə isə daha çox uşaqlar sevinirlər. Niyə də sevinməsinlər? Axı bu bayram həm də onların sevimli personajları - Şaxta baba və Qar qızın gəlişi, eləcə də yolka, hədiyyələr, şənliklər deməkdir. Bir neçə həftədən sonra uşaqların, elə bir çox böyüklərin də səbirsizliklə gözlədiyi Yeni il şənlikləri başlayacaq. Yeni ildə övladlarınızı əyləndirmək üçün haraya aparmağı hələ də düşünürsünüzsə, biz sizə kömək edərik. Belə ki, budəfəki yazımızda mədəniyyət saraylarının Yeni il planlarını öyrənərək sizə çatdırmağı qərara aldıq.Mədəniyyət saraylarının Yeni il repertuarı zəngindir