Ekspertlər insanların sağlıq durumunun nəzərə alınmasını tələb edirlər
Bu günlərdə yaxın qohumumuz rəhmətə getdi. 72 yaşlı mərhumə qaraciyər sirrozundan əziyyət çəkirdi. Lakin həkim onun hələ bir neçə ay, bəlkə də 1 ildən çox yaşayacağını demişdi. Düzü, xəstə özü də gümrah idi, normal yeyir-içir, gəzirdi. Ölümündən təxminən bir həftə - 10 gün əvvəl otağından televizorun götürülməsini istədi. Səhərdən-axşama qədər televiziya izləyən bir adamın birdən-birə bunu istəməsi, təbii ki, bizim marağımıza səbəb oldu. Rəhmətlik bircə kəlmə: "Elgizin verilişində gördüyüm məni elə stresə saldı ki, bundan sonra çətin yaşayam", - dedi. Verilişdə nə gördüyünü isə demədi. Qeyd edim ki, qohumumuzun bir oğlu gənc yaşlarında rəhmətə gedib, bir oğlu isə yenə gənc yaşlarından Rusiyaya gedib və orada qalıb. Lakin orada qalmasına səbəb heç də ailəsinə qarşı soyuqluğu deyil, illər öncə şaxtaya düşən gənc donvurmadan ayaqlarını itirib və indi qayıdıb ailəsinə yük olmaq istəmir. 20 ildən çoxdur Rusiyada əlillər evində yaşayır.