Şirkətlərin qazancını və istehsalın səmərəliliyini artıran informasiya texnologiyaları dövlətlərin müdafiə qabiliyyətinin artırılmasında da əvəzsiz rol oynayır. Bu gün İKT sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Texnologiyaları ən yüksək səviyyədə olmayan dövlət və ya şirkət bütün sahələrdə öz rəqiblərinə qalib gələ bilmir.XXI əsrdə istənilən sahənin inkişafı və tərəqqisi üçün informasiya texnologiyalarının rolu danılmazdır. İnternet əsrində yaşadığımız bir dövrdə həyatımızı bu texnologiyalardan kənarda təsəvvür etmək mümkün deyil. Dünyanın bütün ölkələrində, nəhəng biznes strukturlarında İKT-nin inkişafına milyardlarla sərmayələr qoyulur.